Putin öz maaşını azaltdı

{title

 

Rusiya Prezidenti Vladimir Putin dövlət və hökumət rəsmilərinin əmək haqlarının 10 faiz azaldılması barədə fərmanın müddətini uzadıb.

42-CiParalel.az-ın xəbərinə görə, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında yerləşdirilib.

Fərmana əsasən, rəsmilərinin əmək haqlarının 10 faiz azaldılması 2018-ci il dekabrın 31-dək uzadılıb.

İxtisara ölkə prezidenti, baş nazir və digər yüksək vəzifəli məmurların əmək haqları düşüb.

Qeyd edək ki, fərman ilk dəfə 2015-ci ildə qəbul edilib. Həmin vaxtdan fərmanın müddəti hər il artırılıb.

Prezidentin gəlirləri barədə deklarasiyaya əsasən, 2016-cı ildə Vladimir Putin 8,86 milyon rubl qazanıb.