Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün vaxtı açıqlandı

Bakı şəhərində, 6 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçiriləcək.
Bu barədə 42-CiParalel.az Azərbaycan XİN-in mətbuat xidməti tərəfindən məlumat verilib.
Xatırladaq ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 8 iyun 2012-ci ildə Trabzonda keçirilib.
28 mart 2013-cü ildə Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən, 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub.
19 fevral 2014-cü ildə Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin ilin 10 dekabr tarixində Qarsda, 19 fevral 2016-cı ildə isə Tbilisidə
müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.