Fransada İsmayıllı parkı açılıb

{title

 

Fransanın Evyan şəhərində İsmayıllı parkının açılışı olub.

42-CiParalel.az-ın məlumatına görə Leman gölünün sahilində salınmış parkda Azərbaycan şairəsi Xurşudbanu Natavanın heykəli ucaldılıb.

Parkın açılışında Evyan şəhərinin meri, Azərbaycanın rəsmi nümayəndələri, Fransadakı səfirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.

2015- ci ildə İsmayıllı və Evyan şəhərləri arasında dostluq və əməkdaşlıq Xartiyası imzalandıqdan sonra İsmayıllıda Eyvan şəhərinə həsr edilmiş park salınıb.

Parkın açılışı YUNESKO -nun qeyri-maddi mənəvi irsi olan, fransalıların hər zaman böyük maraqla dinlədikləri muğam konserti ilə müşayiət edilib.