İlham Əliyev Polşada rəsmi səfərdədir + FOTO

{title

Bu gün sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Polşa Respublikasının prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.

42-CiParalel.az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

14:08

İyunun 27-də təkbətək görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim ediblər.

 42-CiParalel.az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

13:41

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin və Polşa prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

42-CiParalel.az-ın xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

12:48

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub.

42-CiParalel.az-ın xəbərinə görə, prezident İlham Əliyevi Polşa Prezidentinin sarayında prezident Andjey Duda qarşılayıb.

Polşanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə prezident Andjey Dudaya təqdim olunub.

Azərbaycan prezidenti Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşüb.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü keçirilib.

26.06.2017 20:19

Azərbaycan prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib.

42-CiParalel.az-ın  məlumatına görə, Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın "Okeçie” hərbi hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.