Tramp müxbirləri "tələyə saldığını" deyib

ABŞ Prezidenti Donald Trump vəzifədə olmağının 100 günü münasibətilə keçirilən mitinq zamanı "saxta xəbərləri" kəskin tənqid edərək kütləvi informasiya vasitələrinə hücuma keçib.
42-CiParalel.Az BBC-yə istinadən xəbər verir ki, Pensilvaniyada tərəfdarlarına, "verdiyi vədləri bir-birinin ardınca" yerinə yetirdiyini deyib.
Donald Tramp, 1981-ci ildə Ronald Reagandan sonra ilk dəfə olaraq, illik ənənəni pozaraq Ağ Evin Müxbirlər Naharına getməyib.Trump jurnalistlərin tədbirinə getməyərək onları "tələyə saldığını" deyib.
Ağ Evin Müxbirləri Assosiasiyası 1914-cü ildə yaradılıb və 1921-ci ildən hər il prezidentlər bu tədbirə qatılıb.
Harrisburgda keçirilən mitinqdə prezident deyib ki, onun 100 günlük prezidentliyi dövrünü işıqlandıran mediaya "yağlı iki" verilməlidir.
O əlavə edib ki, jurnalistlər hazırda Vaşinqtonda tələyə düşüb və onların tədbiri "çox, çox darıxdırıcı" keçəcək.
"Qabaqcıl (yalancı) media bizim nailiyyətlərimizi, o cümlədən sərhədlərə və optimizmin artırılmasına dair 28 qanunu işıqlandırmayıb, bunları Tramp Twitterdə yazıb.
O özünün 100 günlük fəaliyyətini "çox məhsuldar" adlandırıb və deyib ki, qarşıda "böyük, böyük döyüşlər" var, amma o bütün hallarda qalib gələcək.