XİN başçılarının Moskva görüşünün NƏTİCƏSİ - Prezidentlər görüşəcək?

Aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü keçirilib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, ötən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib.
Bildirilib ki, Aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək.
Konstruktiv nəticə əldə edilmədi
42-CiParalel.Az-a məlumatına görə baş tutmuş görüşdən ciddi nəticə gözləmədiyini bildirib:
"Zənnimcə, xarici işlər nazirlərinin görüşü faydalı nəticə vermədi. Bütün ipləri əlində toplayan Rusiya dünya ictimaiyyətinə sülhməramlı mövqe tutduğunu nümayiş etdirmək istəyirdi. Sanki Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır. İndiyə qədər Ermənistan tərəfi danışıqlardan imtina edib. Nəhayət dünən nazirlərin görüşü baş tutsa da, ciddi nəticə əldə edilmədi. Ermənistan yenə də qeyri-konstruktiv xarakterli mövqeyini nümayiş etdirir. Nəticə etibarı ilə indiyə kimi baş tutmuş danışıqlar prosesinin praktikasını pozur.
Azərbaycan tərəfi isə işğal edilmiş ərazilərin azad edilməsini ön planda tutur və Dağlıq Qarabağ probleminin həll yolunu əvvəlki görüşlərdə əldə edilmiş razılıqlara əsasən aparılmasını təklif edir. Buna baxmayaraq Ermənistan tərəfi Rusiyaya arxalanaraq hələ də eyni mövqedə qalıb. Buna görə də görüş zamanı konstruktiv nəticə əldə edilmədi. Yeganə müsbət nəticə ondan ibarətdir ki, danışıqların davam etdirilməsi barədə razılığa gəlindi”.
Prezidentlərin görüşmə ehtimalı yoxdur
Q.Hüseynlinin sözlərinə görə, görüş faydalı keçsəydi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də gözlənilə bilərdi:
"Danışıqlarda müsbət nəticə əldə edilsəydi, prezidentlərin görüşü baş tuta bilərdi. Halbuki nazirlər konkret razılığa gələ bilmədilər. Müsbət qərarlar qəbul edilməlidir ki, prezidentlər bunun ətrafında müzakirə aparsınlar. Düşünürəm ki, prezidentlərin görüşmə ehtimalı yoxdur”.