Sabiq baş nazir Albaniya prezidenti oldu

Albaniyanın yeni prezidentinin adı məlum olub. 42-CiParalel.Az xarici mediaya istinadən xəbər verir ki, Albaniya parlamenti spiker İlir Metunu ölkənin yeni prezidenti seçib. Məlumata görə, onun namizədliyinin lehinə ümumilikdə 87 parlamentari səs verib.
Müxalifət partiyaları səsverməni boykot edib. 48 yaşlı İlir Metu 1999-2002-ci illərdə Albaniyanın baş naziri olub.