Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının yığıncağında iştirak etdi

{title

42-ciparalel.az
 
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Dövlət başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.

Sonra AMEA-nın prezidenti, akademik Akif ƏlizadəNobel mükafatı laureatı, professor Corc Ficral Smut,Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış etdilər.

1945-ci il də yaradılan Milli Elmlər Akademiyasının hazırda 6 bölməsi var: fizika-riyaziyyat və texnika elmləri ; kimya elmləri ; Yer elmləri ; biologiya və tibb elmləri ; humanitar və ictimai elmlər ; aqrar elmlər. AMEA-da həmçinin 2 regional bölmə fəaliyyət göstərir: Naxçıvan Elmi Bölməsi və Gəncə Bölməsi .

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 67 həqiqi üzvü və 115 müxbir üzvü var.

2013-cü ildən AMEA-nın prezidenti Akif Əlizadədir.