Əli Abbasov: Saxlanılanlar var

42-ciparelel.az
Əli Abbasov MTN işi ilə bağlı saxlanılanları əvəz edənlərin olduğunu deyib.
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçiləri arasında hazırda müvəqqəti saxlanılanlar var. Onları müvafiq şəxslər əvəz edir və hesab edirəm ki, bu gün Azərbaycanda rabitə sistemi tələb olunan standartlara cavab verir, qanuni fəaliyyət göstərir. Burada heç bir problem yoxdur”.
Bunu MTN işi işi ilə bağlı həbslərə dair açıqlama verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdeyib. Nazir bildirib ki, Bakı Telefon Rabitəsi və İstehsalat Birliyinin Maliyyə və Təsərrüfat fəaliyyətinə aid müəyyən yoxlama və araşdırmalar aparılır.
Onun sözlərinə görə, bu ilkin araşdırmalardır və bununla bağlı olaraq digər müəssisələrdə də araşdırma aparılır.
Prezident İlham Əliyevin sərəncamı ilə milli təhlüksizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib. Onun işdən azad edilməsindən sonra MTN-də bir çox vəzifəli şəxslərin həbsi başlayıb. MTN işi ilə əlaqədar demək olar ki, hər gün həbslər həyata keçirilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da bu çərcivədə həbs olunub. V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.

V.Zeynalov - keçmiş Aparat rəhbəri
Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati - təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur.
Ə. Abbasov nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun həbs olunması ilə bağlı yayılan xəbərlər barədə suala cavab verməkdən imtina edib.