İsa Qəmbər İlham Əliyevə cavab verib

"Biz 1992-ci ildə hakimiyyətə xalqın iradəsilə dinc, kütləvi, demokraitk mübarizə nəticəsində gəlmişik”, - Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər bu fikri dövət başçısı İlham Əliyevin martın 31-də bir qrup hərbçilə görüşdə AXC və Müsavat cütlüyünün 1992-ci ildə hakimiyyətə hərbi çevrilişlə gəlməsi bəyanatına cavab olaraq bildirib.
İ.Qəmbər deyib ki, əslində Qarabağın işğalı AXC hakimiyyətindən öncə və sonra baş verib: "Qarabağda ən çox ərazi itirilməsi 1993-cü ilin iyunundan sonra Heydər Əliyev dövründə baş verib. Bu, tarixi gerçəklikdir və heç bir yalan bu gerçəkliyi dəyişə bilməz”.
İ. Qəmbər əlavə edib ki, "keçmişi saxtalaşdırmaq cəhdlərinə son qoyub gələcəyə hədəflənmək və torpaqlarımızı işğaldan azad etmək lazımdır”.42-CiParalel.Az