Lavrov Qarabağdan DANIŞDI: “Bir çox məsələlər razılaşdırılıb amma …”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın "Novoe Vremya” qəzəetinə müsahibə verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynadığını vurğulayıb.
"ABŞ və Fransa ilə ATƏT-in Misnk qrupu çərçivəsində konflikt tərəflərinə davamlı sülh əldə etmələri üçün səy göstərməkdə davam edirik. Ötən ilin yayında Sankt-Peterburqda keçirilən sammit bu məsələnin həllinə həsr olunmuşdu. Çox məsələ razılaşdırılıb amma ən əsas bir neçə məsələ qalır. Amma əsas məsələ tərəflərin kompromissə hazırlığı və siyasi iradəsindən asılıdır”.42-CiParalel.Az