MSK iclas keçirdi

{title

42-ciparelel.az

Noyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən. Əvvəlcə Komissiyanın 2015-ci il 2 noyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. 

Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Ərizəçilərin və digər maraqlı şəxslərin də iştirakı ilə MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.