R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

{title

 

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər. 
 

Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

 

DİN-in mətbuat xidmətindən42-CiParalel.Az S. Gözəlov və Ş. Əsədullayevin təqaüdə göndərildiyini təsdiqləyiblər. 
 

Xatırladaq ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib. 

 

Qeyd edək ki, "Haqqın.az" saytı S. Gözəlov, Ş. Əsədullayev və Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun işdən çıxarılması barədə məlumat yayıb.