İlham Əliyev Gürcüstana gəldi

{title

42-ciparalel.az
 

     Prezidenti qonşu ölkəyə aparan təyyarə Şota Rustaveli adına hava limanında enib.

Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb.
İlham Əliyevi Şota Rustaveli adına hava limanında Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrine İmereşvili və Prezident Aparatının rəhbəri David Pataraya qarşılayıblar.

Sonra dövlət başçısı Heydər Əliyevin Tiflisdə ucaldılmış abidəsini ziyarət edib, abidə önünə əklil qoyub. İlham Əliyev həmçinin Tiflisin Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Səfər çərçivəsində Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, və geniş formatda görüşləri baş tutacaq. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair bəyannamənin imzalanması nəzərdə tutulur.

İki ölkə prezidentləri mətbuata bəyanatla çıxış edəcəklər.

İlham Əliyevin Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri, Gürcüstan parlamentinin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.

Rəsmi səfər zamanı İlham Əliyev Marneulidə yaşayan azərbaycanlılarla da görüşlər keçirəcək.

Səfər noyabrın 6-da başa çatacaq.