Səsvermə prosesi sona çatıb

42-ciparalel.az
Azərbaycanda Səsvermə prosesi Bakı vaxtı ilə saat 19:00 sona çatıb.
Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.
Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.
Azərbaycanda səs vermə prosesinə səhər saat 8:00-da Dövlət Himninin səsləndirilməsi ilə start verilib
Parlament seçkilərində səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 200 minə yaxın olub. Milli Məclisdə ki, 125 yer uğrunda seçkilərdə 767 namizəd mübarizə aparır ki, bu da bir yerə təxminən altı namizədin iddia etməsi deməkdir. Ən çox namizəd olan dairədə 12, ən azı namizəd olan dairədə isə 3 namizəd var.
Seçkilərdə 15 siyasi partiya birbaşa partiya olaraq, 7 partiya isə "Azadlıq-2015” seçki bloku ilə iştirak edir.
Bu ilki Parlament seçkilərində 5 siyasi partiya , 1 seçki bloku ,qruplar və fərdi şəkildə namizədlər iştirak edir.
1000 seçki məntəqəsinə veb-kameralar quraşdırılıb. MSK-nın saytına daxil olmaqla hər bir şəxs məntəqələrdəki seçki prosesini izləmək hüququna sahib idi. Seçkilərdə asayişin təmin olunması üçün məntəqə və dairələrdə polis gücləndirilmiş iş rejimində çalışıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılıb.
Seçkilərdə asayişin təmin olunması üçün məntəqə və dairələrə polis qüvvələri cəlb olunub. Polis artı1 oktyabrın 28-dən gücləndirilmiş iş regiminə keçib və bu, noyabrın 3-dək davam edəcək. Səsvermənin gedişi və nəticələri haqda MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən gün ərzində verilən məlumatları nəzərinizə çatdırırıq:
Saat 10:00-a qədər olan məlumata görə, respublika üzrə 667 732 seçici səs verib. Bu 12,8 faiz seçici fəallığı deməkdir.
Saat 12:00-a qədər olan məlumata görə, respublika üzrə 1 468 205 seçici səs verib. Bu, 28,2 faiz seçici fəallığı deməkdir.
Saat 15:00-a olan məlumtata görə 2 230 750 seçici səs verib. Bu 42,9 faiz seçici fəallığı deməkdir.
Saat 17:00-a olan məlumata görə 2 605 948 seçici səs verib.Bu da 50,1 faiz seçici fəallığı deməkdir.
Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Milli Məclisə seçkilərlə əlaqədar "ELS” Müstəqil Araşdırmalar Mərkəzi, "Rəy” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə "AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə "exit-poll” keçirəcək