“Azərbaycanın geosiyasəti”

"Azərbaycanın geosiyasəti” Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr Hörmətli professor Əli Həsənov rus politoloqlarına istinadən yazır ki, Rusiya-ABŞ-NATO-Cənubi Qafqaz və Xəzər-Qara dəniz ölkələrinin gələcək geostrateji bloklaşma fəaliyyətləri üç əsas amillə əlaqəlidir: 1. Cənubi Qafqazdakı mövcud münaqişələrin (Dağlıq Qarabağ, Abxaziya-Gürcüstan və s.) həllində Moskva, Vaşinqton, Brüssel, Ankara və Tehranın nümayiş etdirəcəyi mövqe; 2. Xəzərin gələcək hüquqi statusunun və dənizdə hərbi-strateji təhlükəsizlik məsələlərinin perspektivləri, buna müvafiq olaraq Azərbaycanın hansı hərbi blokla əməkdaşlığa üstünlük verməsi (burada Rusiyanı narahat edən əsas amil gələcəkdə NATO-nun Azərbaycan vasitəsilə Xəzər dənizində hərbi iştiraka nail olmaq məsələsidir); 3. Gürcüstan və Ukraynanın gələcək hərbi-strateji seçimi və bu ölkələr ətrafında cərəyan edən hadisələrə yuxarıda adı çəkilən dövlətlərin münasibətləri və s. (Üçüncü amillə bağlı öz tərəfimizdən qeyd etmək istərdik ki, Ukraynada 2014-cü ildən başlanan regional geosiyasi proseslər, ruspərəst Ukrayna prezidentinin ölkədən qaçması, bunun ardınca Rusiya tərəfindən Krımı ilhaq etməsi və Donbasda Donbas Xalq Respublikasını yaratması və ona hərtərəfli siyasi, iqtisadi, hərbi dəstək verməsi, ölkədə yenidən prezident seçkiləri keçirilərək qərbyönümlü namizəd Poroşenkonun prezident seçilməsi ondan xəbər verir ki, Gürcüstan və Ukrayna özlərinin "geosiyasi bloklaşma” yönünü seçiblər və bu istiqamətdən dönmək fikirləri yoxdur). Bütün bunlarla yanaşı, tədqiqatçıların fikirincə, hər üç amilin gerçəkləşməsində AZƏRBAYCAN-ın nümayiş etdirəcəyi geosiyasi mövqe, özünün regional təhlükəsizlik sistemlərdəki iştirakı ilə bağlı qəbul edəcəyi strateji qərar və seçim həlledici rol oynayacaq. Seçim ağır və təhlükəli olsa da hələ ki, Azərbaycan düzgün siyasət yürüdür. Bütün bunlarla yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, Rusiya və İran NATO-nun Xəzər dənizi də daxil olmaqla "Şərqə doğru” irəliləyişinin qarşısını hər vəchlə almaq istəyir, bəzən, müvəqqəti olsa da bunun qarşısını (Xəzərin bölünməsində problemlər olduğu üçün rəsmi Moskva və Tehran bundan məharətlə istifadə edir. Görünən odur ki, bu problemləri onların özləri üç respublikaya təzyiq vasitəsi kimi yaradıblar.) ala bilər. Buna bir sübut kimi 29 sentyabr 2014-cü ildə Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzəryanı ölkələrin (Rusiya, Qazaxıstan, İran, Türkmənistan, Azərbaycan) sammitini göstərmək olar. Bu ölkələrin prezidentləri bir araya gələrək Xəzərin hüquqi statusu, hövzə ölkələri arasında regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə etmiş, bunun nəticəsi olaraq 19 maddədən ibarət birgə bəyanat imzalamışlar. Bəyanatda hövzədənkənar hərbi blokların və və ölkələrin Xəzərə daxil olmasının yolverilməzliyi, hövzə ölkələrindən dənizdəki silahlanma prosesində sabit balansa riayət edilməsi və hərbi təyinatlı obyektlərin inşasının məntiqli və yetərli şəkildə gerçəkləşdirilməsi tələb olunur. Belə bəyanatın qəbul edilməsi təbiidir ki, hər şeydən öncə Rusiya və İranın geosiyasi maraqlarının xidmətinə yönəlib, çünki bu iki dövlət planetar geosiyasi oyunçuları "Şərqə doğru” buraxmaq fikrində deyillər. Əli Həsənov yazır: "Həştərxanda müzakirə olunan və imzalanan sənədlərdə Rusiya 4 Xəzəryanıölkənin üzərinə öhdəlik qoydu. Bəyənatdan sonra regiona aid olmayan ölkələrin hərbi qüvvəsinin hövzəyə daxil olması qeyri-mümkün olacaq. Həştərxanda imzalanan bəyanat, təhlükəzilik sahəsində faktiki olaraq Azərbaycanın NATO və Türkiyə ilə hərbi əməkdaşlığına qarşı yönəlib. Türkiyə NATO-nun regiondakı ən böyük tərəfdaşıdır və Azərbaycanın həm onunla, həm də NATO ilə hərbi əməkdaşlığı Rusiya və İranı narahat etməyə bilməz”. (Bax. s. 783-784) *** Bu hadisədən bir qədər öncə Xəzər dənizindən Rusiya raketlərinin Suriya İŞİD (İslam Şam, İrak dövləti) qüvvələrini və obyektlərini bombalaması, bu ölkədə ən müasir S-400 raket sistemlərini yerləşdirməsi, bunun ardınca NATO qüvvələrinin də İŞİD-çilərə intensiv olaraq havadan zərbələri intensivləşdirməsi, daha sonra türk quru qüvvələrinin İraqa daxil olması, hər iki tərəfdən regiona hərbi texnikanın cəmləşdirilməsi ondan xəbər verir ki, münaqişənin əhatə dairəsi təkcə Yaxın Şərq, yaxud Suriya və İrakla haşiyələnmir. Bura, eyni zamanda Xəzər-Qara dəniz hövzəsinin dövlətlərini də cəlb etmək cəhdi olunur. Bir sözlə hadisələr region münaqişə çərçivəsindən çıxaraq beynəlxalq münaqişələr konstektinə çevrilir. Görünən odur ki, regionun beynəlxalq təhlükəsizlik sistemi hal-hazırda olduqca kövrək vəziyyətdədir və bir tərəfdə Rusiya , İran, digər tərəfdə isə ABŞ və NATO qüvvələri tətikdədirlər və hər an tətiyi çəkə bilərlər. Müəllif qeyd edir ki, müasir beynəlxalq münasibətlərin ümumi vəziyyəti kimi Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizlik mühiti də, bir tərəfdən müasir dünya güclərinin- ABŞ, NATO, Rusiya, Çin və Avropa Birliyinin qarşılıqlı münasibətlərinin xarakterindən, BMT Təhlükəsizlik Şurasında qəbul edilən qərarlardan və həmin qərarların yerinə yetirilməsi vəziyyətindən, digər tərəfdənsə, həmin dövlətlərin və təhlükəsizlik maraqlarına toxunan konkret məkanların, ayrı-ayrı regionların və ölkələrin əhalisinin yürüdülən təhlükəsizlik siyasətinə münasibəti və reaksiyasından asılı olaraq formalaşır və dəyişir. Bütün bunlarla yanaşı ABŞ və NATO qüvvələrinin prezident V.Medvedevin dövründə Rusiya ilə münasibətdə yumşaq və loyal siyasət yürüdülürdüsə V. Putinin dövründə bunu demək olmaz. Rusiya prezidentinin yürütdüyü aqressiv regional siyasət NATO-nu vadar etdi ki, 2010-cu il Lissabon sammitində qəbul etdiyi "Təhlükəsizlik strategiyası” na yenidən baxsın. Lissabon sammitində artıq Rusiya, əvvəlki strategiyadan (1999) fərqli olaraq "Qərbin təhlükəsizliyinə təhdid mənbəyi” kimi deyil, "Strateji tərəfdaş” kimi qiymətləndirilmişdi. Indiki dövrdə isə Rusiya yenidən Qərbin təhlükəsizliyinə təhdid mənbəyi kimi baxılır. Bir çox mütəxəssislər hesab edir ki, bəhs olunan dövrdə (2010-2014-cü illər) Avropa Birliyi və ABŞ-ın Rusiya ilə münasibətləri bərpa etmək və yaxşılaşdırmaq sahəsində həyata keçirdiyi xətt-Avro-atlantik Alyansın dünyadakı hərbi geostrateji mövqeyinə ciddi təsir göstərmiş, hətta təşkilatın Xəzər-Qara dəniz hövzəsində yerləşən bəzi ölkələr qarşısındakı öhdəliklərini ciddi sual altına almışdır. Rusiya-Gürcüstan müharibəsində Qərbin Gürcüstanın suveren hüquqlarını təmin etmək sahəsində ciddi bir iş görə bilməsi NATO ilə strateji əməkdaşlığa möhkəmləndirən 42-ciparalel.az
Yuxarıda qeyd etdiyimiz kimi Cənubi Qafqazda və Xəzər-Qara dəniz hövzəsində Rusiyanın ABŞ, NATO və Avropa İttifaqı arasındakı münasibətlər geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlar səbəbindən ciddi surətdə fərqlənir, bəzən qarşısıalınmaz mübarizəyə çevrilir və bu üzdəndə regionda təhlükəsizlik sisteminə əsaslı şəkildə təsir göstərir. Hərdən adama elə gəlir ki, Xəzər-Qara dəniz hövzəsi barıt çəlləyinə bənzəyir və və barıt çəlləyi hər an partlaya bilər. Elə bu yaxınlarda Türkiyə tərəfindən Rusiya SU-24 bombardmançısı təyyarəsini vurması (noyabr 2015) hadisələri pik həddinə çatdırdı. Qarşılıqlı ittihamlarla hadisələr kifayətlənmədi, bununla yanaşı hər iki tərəfdən (əsasən Rusiya tərəfdən) iqtisadi və humanitar sanksiyalar tətbiq edilməyə başladı. Birbaşa demək olar ki, Yaxın Şərq, xüsusən də Suriya uğrunda mübarizə gərginləşdi.
Ukraynanın, bu istiqamətdə qismən məsafə saxlayan Azərbaycanın, Orta Asiya dövlətlərinin mövqeyinə mənfi təsir göstərmiş və bu təsir indi də özünü biruzə verir.