Ərdoğan: “Dünyanı başlarına yıxarıq”

"Dövlət içində dövlət olan "paralel quruluşa” dünyanı dar etdik
İndi də dünyanı muxtariyyət adı altında dövlət içində dövlət olmaq istəyənlərin başına yıxarıq”.
42-ciparalel.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Onun sözlərinə görə, adı və quruluşu nə olursa olsun, dövlət içində heç bir dövlətə icazə verməyəcəklər: "Bu gün muxtariyyət istəyərək, dövlətin içində dövlət qurmaq istəyirlər. Dünyanı onların başına yıxarıq. Bunu bilsinlər”.
Ərdoğan qeyd edib ki, biz "birlikdə rəhmət, ayrılıqda əzab vardır” deyən peyğəmbərin ümmətiyik: "Biz tək millət, tək vətən, tək bayraq deyirik”.
42-ciparalel.az