Ermənistan KTMT-yə üzv ölkələrin Azərbaycanla hərbi əməkdaşlığından narahatdır

{title

42-ciparalel.az
 
Ermənistan Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvləri ilə hərbi əməkdaşlığından narazıdır.

Ermənistan mətbuatında dərc edilən yazıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin imzaladıqları sazişə əməl etməmələrindən narahatlıq ifadə edilir.

"Ermənistan, RusiyaQazaxıstanBelarusTacikistan və Qırğızıstan KTMT-nin üzvləridir. Həmin müqavilənin birinci bəndində isə deyilir: iştirakçı dövlətlər hər hansı hərbi ittifaqa qoşulmayacaq və ya dövlətlərin qruplaşmalarında, həmçinin digər iştirakçı dövlətə qarşı olan əməliyyatlarda iştirak etməyəcək", - yazılan məqalədə bildirilib ki, Belarusun Azərbaycanla hərbi əməkdaşlığı təkcə silah tədarükü ilə məhdudlaşmır.

"Hər iki ölkə müəssisələri Azərbaycanın "BUK-M1", "OSA" və "Peçora" zenit-raket komplekslərinin (ZRK) modernizasiyası ilə də məşğuldur. Bundan başqa 2013-cü ildən etibarən Azərbaycan Belarus-Ukrayna istehsalı olan "Stilet" T-38 zenit-raket kompleksi ilə təchiz edilir. Çatdırılmanın 2016-cı ildə bitməsi planlaşdırılır", - deyə həmin yazıda bildirilib.

Bununla belə, məqalədə Azərbaycanın daha çox Rusiya ilə hərbi əməkdaşlığından narazılıq ifadə olunur və Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatından bir cümlə xatırlanır: "...erməni əsgəri başa düşür ki, onu rus silahından öldürmək istəyirlər... bu, həll edilməli olan problemdir".

Məqalənin sonunda isə müəllif Ermənistanın etirazlarına və narazılığına baxmayaraq, Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı daha da inkişaf etdirməsində maraqlı olmasından narazılığını bildirib.

"Daşkənd paktı" da adlandırılan KTMT regional beynəlxalq təşkilatdır. Məqsəd sülhün, beynəlxalq və regional təhlükəsizlik və stabilliyin möhkəmləndirilməsi, üzv dövlətlərin müstəqilliyinin və ərazi bütövlüyünün kollektiv şəkildə müdafiəsidir. 

1992-ci il mayın 15-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə imzalananan müqaviləyə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan imza atıb. 1993-cü ildə isə Azərbaycan, Belarusiya və Gürcüstan da qoşuldu. Bununla belə, Azərbaycan 1999-cu ildə müqavilənin vaxtını uzatmaqdan imtina edərək təşkilatı tərk edib.

KTMT üzvlərinin təmsilçiləri