Nazirin Baş Prokurorluqda dindirilməsinə rəsmi reaksiya

42-ciparalel.az
Ötən gündən başlayaraq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılması, orada bir neçə saat ərzində sorğu-sual olunması barədə məlumatlar yayılıb. Məlumata görə, Əli Abbasov bu qalmaqallı işə şahid kimi cəlb olunub və rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının həbsi ilə bağlı istintaqa ifadə verib. Nazir müstəntiqlərin əsasən Vidadi Zeynalovun istintaqa verdiyi ifadələrlə bağlı suallarını cavablandırıb. İlkin məlumatlara görə, nazirliyin keçmiş Aparat rəhbəri V.Zeynalov nazir Ə.Abbasovun əleyhinə ifadə verib. Dünən nazirin işdən çıxarılması barədə də məlumat yayılıb. Hətta prezidentin bu barədə fərmanının axşama doğru elan olunacağı iddia edilirdi.