O, Azərbaycan vətəndaşının döyülməsinə göz yummaqda şübhəli bilinir.
Rusiyanın Novosibirsk həbsxanasının keçmiş rəis müavini Derjinsky Rayon Məhkəməsinin qərarı ilə üç il azadlıqdan məhrum edilib.
Nikolay Nabok məhbuslar arasındakı qarşıdurmalarda əli olmaqda şübhəli bilinir. İstintaqın versiyasına görə, ötən il sentyabr ayının 8-də həbsxana gözətçiləri müxtəlif kameralardan 9 məhbus gətirərək Kenan Cəlilovu döyüblər. Rəis ümüavini isə həmin hadisəyə göz yumub və həmin məhkumlara Cəlilovu döymələri üçün bir neçə dəqiqə vaxt verib.
Həbsxananın 45 yaşlı rəisi polkovnik Ruslan Robakidze də baş verən hadisəni ört-basdır etməyə çalışdığı üçün ona da ayrı madddələrlə cinayət işi açılıb. Onlar istintaqı yanıltmaq üçün Cəlilovun çarpayıdan yıxıldığını bildiriblər.
Hadisədən sonra Novosibirsk regional məhkəməsi banditizmdə günahkar bilinən Azərbaycan vətəndaşı Kənan Cəlilovu sağlamlığına görə cəzadan azad edib və məcburi müayinəyə göndərib. O, ölümə cəhd, silah-sursatın qanunsuz dövriyyəsi, həmçinin silahlı hücumun edilməsində ittiham edilərək həbs edilmişdi.