Kamikadzenin törətdiyi partlayışda çox sayda ölən var

Terror hücumunu hansı qruplaşmanın həyata keçirdiyi hələ dəqiq bəlli deyil.
Nigeriyanın şimal şərqində yerləşən Çibok qəsəbə bazarında çox sayda insanın ölümü ilə nəticələnən terror hadisəsi baş verib. 42-ciparalel.az məlumatına görə, törədilmiş partlayış nəticəsində azı 13 nəfər həlak olub. İntihar partlayışını 3 terrorçu kamikadzenin həyata keçirdiyi bildirilir. Yerli rəsmilər 13 nəfərin yaralnadığını bildirir. Terrorçulardan biri nəzarət buraxılış məntəqəsi qarşısında özünü partladıb, aranın qarışmasından istifadə edən başqa terrorçu isə insanlarla dolu bazara daxil olaraq partlayıcı kəməri işə salıb. Sakinlərin müəyyən etdiyi 3-cü terrorçu isə bazar yaxınlığında özünü partladıb. Terror hücumunu hansı qruplaşmanın həyata keçirdiyi hələ dəqiq bəlli deyil. Ancaq əsas şübhələr Boko Haram terrorçu qruplaşmasına yönəlib. Bundan əvvəl adı çəkilən qruplaşmanın 2014-cü ildə həmin qəsəbəyə hücum edərək 200-ə yaxın şagird qızı oğurlamışdı. Yeniyetmə qızların sonradan qul bazarlarıda satıldığı və ya ərə verildiyi bildirilir.
42-ciparalel.az