Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri patriarx Filaretlini “Qızıl medal”ı ilə təltif edib (FOTO)

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filareti ilə görüşüb.
42-ciparalel.az-ın məlumatına görə, E.Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filaretini ad günü münasibətilə təbrik edib və Alyansın "Qızıl medal”ı ilə təltif edib. E.Məmmdov, eyni zamanda Kiyev və bütün Ukraynanın patriarxına yazıçı Çingiz Abdullayevin kitabını təqdim edib.
Görüşdə Alyansın rəhbəri bildirib ki, Azərbaycan və Ukrayna xalqlarının səmimi, dostluq münasibətləri mövcuddur və bundan sonra bu münasibətlər daha da inkişaf edəcək. Filaret, öz növbəsində, diaspor rəhbərinə bu çətin dövrdə Ukraynaya fəal dəstəyə görə təşəkkürünü bildirib.