AŞPA nümayəndələrinin Azərbaycana səfəri başladı

42-ciparalel.az
Onlar parlament seçkilərini müşahidə edəcəklər.
Noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb.
Bu barədə APA-ya Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Müşahidə missiyasına ispaniyalı parlamentar Jordi Çukla başçılıq edir.
Səfər zamanı 30 nəfərdən ibarət komanda Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri, həmçinin parlamentdən kənar müxalifət partiyaları və hərəkat üzvləri, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər.
Seçki günü nümayəndə heyətinin üzvləri ölkənin müxtəlif regionlarında səsvermənin gedişini izləyəcək. Seçkidən sonra nümayəndə heyəti mətbuat konfransı keçirəcək.
Ümumilikdə Azərbaycanda keçiriləcək parlament seçkilərini 500-dən çox beynəlxalq müşahidəçi izləyəcək. Bir müddət əvvəl parlamentin spikeri Oqtay Əsədov jurnalistlərə açıqlamasında deyib ki, MDB ölkələrindən ancaq 20 müşahidəçi olacaq. Daha 43 nəfər Avropa Şurası Parlamenti Assambleyası, 27 nəfər isə Avropa Şurasıdan olacaq.
Oqtay Əsədov-Milli Məclisin spikeri İnsan haqları və demokratiya institutu bürosunun seçkidə iştirakdan imtinasının səbəbini açıqlayıb.

"Bizə məktub göndərdilər ki, Azərbaycana 400 müşahidəçi gələcək. Biz bir sual verdik - nə üçün 400? Bəs sizin metodologiyanız hanı? Bizdə 9 milyon əhali var, siz isə 400 nəfər göndərirsiz. Ukraynada əhali 45 milyon idi orada 400 nəfər göndərmişdiniz. 80 milyonluq Türkiyəy isə 18 nəfər getdi".
Onun sözlərinə görə, onlar şərtləri açıqlamadılar və ümumiyyətlə müşahidəçi göndərməməyi qərara aldılar. Bunu isə "Azərbaycan müşahidəçiləri qəbul etməyə hazır deyil" kimi izah etdilər.
Spiker deyib ki, Azərbaycanda 22 beynəlxalq təşkilat var. Bu isə kifayət qədərdir. "Onlar seçkidə iştirak edəcəklər, bu bəsdir".
Noyabrın 1-də baş tutacaq parlament seçkilərində 125 yer uğrunda 769 nəfər mübarizə aparacaq.