"Putin rüşvətxordur"

Amerikanın maliyyə nazirliyi belə bir açıqlama verib.
Rusiya prezidenti Vladimir Putin rüşvətxordur. 42-ciparalel.az-ın məlumatına görə, Amerikanın maliyyə nazirliyi belə bir açıqlama verib. Amerika hökuməti Putinin köməkçilərinə qarşı indiyə qədər dəfələrlə sanksiyalar tədbiq edib. Lakin birinci dəfədir ki, birbaşa onun özünü rüşvətxorluqda ittiham edir. Maliyyə nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı katibi Adam Şubin qeyd edib ki, Amerika hökuməti artıq uzun müddətdir ki, bu barədə məlumata malikdir. "Biz onun öz dostlarını, yaxın tərəfdaşlarını zəngiləşdirdiyini müşahidə etmişik. Dost kimi görmədiyi insanları isə, dövlət mülkiyyətindən istifadə edərək təcrid edir. Rusiyanın enerji sərvəti, digər dövlət müqavilələrini bu işdə alətə çevirib. Özünə qulluq edənlərə maliyyə dəstəyi göstərir. Mənə görə bu rüşvətxorluq mənzərəsidir”, - deyə Şubin bildirib.

Adam Şubin - ABŞ Maliyyə Nazirliyinin rəsmisi
Kremlin mətbuat xidməti isə, ittihamlara cavab verməyə ehtiyac olmadığnı bildirib. Rəsmilər bunun tamamilə uydurma olduğunu bildiriblər. Amerika hökuməti 2014-cü ildə Kremlinin bəzi vəzifəlilərinə qarşı sanksiyalar tədbiq etmiş və Putinin enerji sahəsinə gizli yatırımlar etdiyini açıqlamışdı.

42-ciparalel.az