Azərbaycana münasibətdə başqa tendensiyalar müşahidə olunur

42-ciparalel.az
Britaniyalı jurnalist: Düşünürəm ki, Azərbaycan bu təzyiqlərə heç bir əhəmiyyət verməməlidir.
Çünki bu iddiaların heç bir əsası yoxdur. Azərbaycana qarşı bu ədalətsiz iddialar bəzi Qərb dairələrinin ikili standartlar siyasətinin bariz göstəricisidir. Bunu britaniyalı jurnalist, BBC-nin sabiq əməkdaşı Nikolay Qorşkov bildirib.
Jurnalist bildirib ki, Qərb mətbuatı hər zaman obyektivliyi ilə fərqlənmir:
"Məsələn, Səudiyyə Ərəbistanı ilə Britaniya arasındakı vacib iqtisadi əlaqələri götürək. Bir müddət əvvəl Britaniya mətbuatında Səudiyyə Ərəbistanı "vəhşilər ocağı” kimi təqdim olundu. Səbəb kimi isə evində içki aşkar edilən şəxsə 35 şallaq vurulması cəzası idi. Halbuki, burada həqiqət başqa idi.
Britaniya mətbuatında tez-tez miflərə rast gəlinir. Hansı ölkələrlə normal xarici siyasət strategiyası varsa, yalnız o zaman yaxşı yazılar dərc olunur. Yəni, onlar hər şeyi öz arşınları ilə ölçürlər”.
Bu qeyri-obyektivliyin səbəblərinə də toxunan N. Qorşkov hesab edir ki, burada Qərb stereotipi özünü göstərir:
"Bu ilin mayında Britaniyada parlament seçkiləri keçirildi. Mühafizəkarlar parlamentdə 300 mandat əldə etdilər. Onların namizədlərinə 11 milyondan çox insan səs vermişdi.
Yəni, hər namizədə 30 min seçici səs verib. İndi mənə izah edin görüm, necə olur ki, az qala 4 milyon insanın səsini qazanan Birləşmiş
Krallığın Azadlıq Partiyası parlamentdə cəmi 1 mandat əldə edə bilib? Özlərinin seçki prosesində kifayət qədər nöqsanları olan britaniyalılar başqalarını necə ittiham edə bilərlər?”