Azərbaycanla bazarlıq edən Gürcüstanın yeni qaz planı

İrandan qaz alışını planlayan qonşu ölkə yeni kəmərin marşrutlarını açıqlayıb.
Gürcüstan qaz tələbatını ödəmək üçün yeni marşrutlar axtarışında davam edir.
42-ciparalel.az-ın məlumatına görə, Rusiya ilə qaz sövdələşməsinin ardınca, qonşu ölkə indiİrandan qaz alışı məsələsini gündəmə salıb. Bu barədə ölkənin energetika naziri Kaxa Kaladzenin yeni açıqlaması da diqqət çəkir. Gürcü nazir İrandan tədarük ediləcək qazın iki yolla ölkəyə çatdırılma imkanını vurğulayıb.
Kaxa Kaladze bildirib ki, yeni qaz kəməri Gürcüstana ya Azərbaycan, ya da Ermənistanərazisindən keçməklə çəkilə bilər. Amma Kaladze hələlik İranla qazla bağlı birbaşa heç bir danışığın aparılmadığını da söyləyib.
Azərbaycanlı iqtisadçı mütəxəssislər Gürcüstanın son vaxtlar qazla bağlı narahatçılığının əsas səbəbini Azərbaycandan aldığı mavi yanacağın qiymətinin aşağı salınması məsələsi ilə əlaqələndirirlər. Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, iqtisadçı Elnur Sultanovun fikrincə, qonşu ölkə qazla bağlı alternativ ölkələr axtarışını elan etməklə qiymət endiriminə nail olmaq istəyir:

"Düşünürəm ki, Gürcüstan bu addımla Azərbaycana qarşı əlini möhkəmlətməyə çalışır. Onların Rusiyadan, daha sonra İrandan qaz alacaqlarını bildirməkdə məqsədləri bizim bu ölkəyə satdığımız qazın qiymətinin aşağı salınmasına yönəlib. Amma Gürcüstan unutmamalıdır ki, bu ölkə Azərbaycan üçün elə də böyük bazar deyil. İldə ora təxminən 1 mld kub metr qaz ixrac edilir ki, bunu da Azərbaycan Türkiyəyə, həm də daha yüksək qiymətə verə bilər” deyə iqtisadçı diqqətə çatdırdı. Bununla belə, Elnur Sultanov Rusiya və İranla müqayisədə Gürcüstan üçün əlverişli yeni alternativ qaz ixracatçısı kimi İranı görür. Çünki Rusiyanın siyasi təzyiq riskinə görə gürcü xalqının etirazı hökumət tərəfindən nəzərə alınmalıdır.
İrandan alınacaq qazın Ermənistan və ya Azərbaycan üzərindən çəkilməsinə gəlincə, iqtisadçı düşünür ki, bunun bizim üçün elə ölkəmizin ərazisindən keçməsi daha məqsədəuyğundur. Belə ki, bununla həm tranzit rolunu qazanmış olarıq, eyni zamanda elə qazla bağlı tərəfdaşlığımız da qaydası ilə davam edər.

Elnur Sultanov - iqtisadçı
Amma Azərbaycandan çəkiləcək qaz kəmərinin daha uzun marşrutu əhatə etdiyi nəzərə alınarsa, bu, Gürcüstan üçün daha çox nəqliyyat xərci deməkdir. Bu baxımdan Elnur Sultanov bu məsələdə Azərbaycanın adının hallanmasında məqsədin daha çox hazırda gürcülərin əsas qaz tədarükçüsünün sakitləşdirilməsinə hesablandığını nəzərə çatdırdı.
Hər bir halda, iqtisadçı mütəxəssis Gürcüstanın açıqladığı qaz ixracatçıları ilə bağlı sövdələşmələrinin reallaşdırılacağına inanmır. Odur ki, Azərbaycanın bu məsələdə soyuqqanlı olub gözləmə mövqeyində qalmasını məqsədəuyğun sayır.
Bu arada Ermənistan prezidenti Serj Sarkisyanla İran prezidenti Həsən Ruhani yanvarın 24-də telefonla danışaraq iki ölkə arasındakı dost münasibətlərin inkişafı, qarşılıqlı əməkdaşlıqla bağlı gündəmdəki məsələlər, eləcə də beynəlxalq və regionda cərəyan edən proseslər ətrafında müzakirə aparıblar.

Serj Sarkisyan və Həsən Ruhani
Prezidentlər eyni zamanda İranın nüvə proqramı ilə bağlı son razılaşması dönəmində ikitərəfli əməkdaşlığın bundan sonrakı yeni inkişaf prinsipləri ilə bağlı fikir mübadiləsi yürüdüblər. İran prezidenti ölkəsinin Ermənistanla mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün aktiv fəaliyyətə hazır olduğunu bəyan edib. Telefon söhbəti zamanı qarşıdakı görüşlərin proqramı da razılaşdırılıb. Təfərrüatlar açıqlanmasa da, İran və Ermənistan prezidentlərinin səmimi telefon söhbətinə məhz Gürcüstanın qaz istəyi ilə bağlı yeni marşrutun müzakirəsinin daxil olduğunu da güman etmək olar. Çünki bu məsələ həm İranın, həm də Ermənistanın marağındadır. Hazırda Gürcüstanı təbii qazla təmin edən əsas təchizatçı Azərbaycandır. 12 faiz həcmdə qaz isə Rusiyadan alınır ki, bu da Gürcüstanın ərazisindən tranzit ölkə olaraq istifadə edib Ermənistana qaz ötürdüyü üçün ödəniş əvəzi olaraq verilir.
Hər il təxminən 2.5 mld kubmetr qaza ehtiyacı olan Gürcüstanda bu tələbat ilbəil 8-9 faiz artır.
Bu il yanvarın 13-də isə Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev bu ölkəyə səfərə gedərkən, görüşdən sonra energetika naziri Kaxa Kaladze mətbuata açıqlamasında bildirmişdi ki, SOCAR bu il Gürcüstanın qaza olan tələbatını ödəyə bilməyəcək, Azərbaycan ixrac etdiyi təbii qazın həcmini artıra bilmir.

Kaxa Kaladze - Gürcüstanın energetika naziri
Bundan əvvəl isə Kaladze SOCAR-dan mavi yanacağın qiymətini aşağı salmasını istəmişdi.
Beləliklə, Azərbaycanın güzəştli qiymətlə satdığı qazı baha bilən gürcü qonşularımız indi müxtəlif variantlarla alış-verişdə qazanmaq niyyətindədir. Əslində bazar iqtisadiyyatının prinsiplərinə nəzər saldıqda onların bu istəyi normal qarşılanmalıdır. Əgər əlavə qaza ehtiyac duyurlarsa, qoy başqa bazarlara da baş vursunlar. Hələki bütün bunlar yalnız danışıqlar formasındadır. Nəzərə alsaq ki, qaz satışına dair Azərbaycanın Gürcüstanla 2025-ci ilə qədər müqaviləsi var, bu barədə böyük narahatçılığa da əsas qalmır. Gözləyək görək gürcü qonşularımız əbədi olaraq mövcud qaz problemindən necə çıxacaq.

42-ciparalel.az