Anjey Kaspşik: "Vəziyyətin gərginləşməsindən narahatıq"

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ötən gün Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.
42-ciparalel.az-ın "Panarmenian” saytına istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində vəziyyət müzakirə olunub. A.Kaspşik vəziyyətin mütəmadi şəkildə pisləşməsindən narahatlığını bildirib, gərginliyin aradan qaldırılması üçün lazımı addımların atılacağını deyib. 42-ciparalel.az