İlham Əliyev Davosda görüşlərə başladı (YENİLƏNİB)

{title

Prezident: "Bu əməkdaşlıq daha da inkişaf etdiriləcək".
 
Prezident İlham Əliyev Davosda "Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb.
42-ciparalel.az-ın məlumatına görə, İlham Əliyev Azərbaycan ilə "Lazard Avropa” şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirdi. Dövlət başçısı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.
"Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan "Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas bildirdi ki, Azərbaycan yüksək reytinqə malikdir.
O qeyd etdi ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir.
Söhbət zamanı Azərbaycan ilə "Lazard Avropa” şirkətinin işgüzar münasibətləri müzakirə edildi, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan prezidenti İlham Əliyev bu gün İsveçrəyə işgüzar səfərə gedib.
42-ciparalel.az-ın məlumata görə, prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək.
Prezident İlham Əliyev sabah İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda çıxış edəcək. 
Bu barədə forumun növbəti günə olan gündəliyində qeyd edilib. 



Davos forumunda İlham Əliyevlə yanaşı Səudiyyə Ərəbistanın səhiyyə naziri Xalid əl-Falih ,CNN-in redaktoru, ENI şirkətinin rəhbəri Klaudia Deskalzi, Xiamen Universiteti yanında Enerji Siyasəti üzrə Araşdırmalar İnstitutunun dekanı Lin Boqianq, Rusiya İnvestisiya Fondunun başçısı Kirill Dmitriyev və ekspert Con Defterios gündəliyə uyğun mövzular ətrafında müzakirələr aparacaqlar. 
Azərbaycan prezidenti və digər iştirakçılar "Yeni enerji problemləri" adlı paneldə "Gələcəkdə neftin qiyməti və tələb", "Enerji və iqlim siyasəti dəyişir", "Rəqəmsal və bərpa olunan enerji innovasiyaları" kimi mövzularda məruzələr edəcəklər. 
Ötən il "Regionların transformasiyası: Avrasiya” devizi altında Davos İqtisadi Forumunda prezident İlham Əliyevin çıxışı iştirakçıların diqqətini cəlb etmişdi.
Həmçinin oxuyun: Sabah dünyanın gözü İlham Əliyevdə olacaq


Prezident İlham Əliyevin Davos Forumunda çıxışı (22 yanvar, 2015-ci il)
 
42-ciparalel.az