Azərbaycanda daha bir yüksək vəzifəli şəxs həbs edildi?

{title

42-ciparalel.az
Vidadi Zeynalov Azərbaycanın ən varlı şəxslərindən biri hesab olunur. Onun qardaşı Vahid Zeynalov MTN-in Tədris Mərkəzinin rəisidir. Onların yaxın qohumu Ceyhun Cəfərov isə Kürdəmir rayonunun icra başçısıdır.

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylarla bağlı həbslər davam edir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, aparat rəhbərinin kabineti möhürlənib. V.Zeynalovun evində və bağında axtarış aparıldığı bildirilir.

Qeyd edək ki, V.Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovla əlaqəli məsələ olduğu söylənilir.

Məsələylə bağlı rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirovla əlaqə saxladıq. M.Əmirov hazırda işdə olmadığını, bu barədə məlumatsız olduğunu bildirib.