Rusiyanın Azərbaycana qarşı böyük təhlükəli oyunu

{title

"Regionda böyük geosiyasi oyunlar gedir".
 
"Onlar ağacların arxasında olan meşələri görmürlər və düşünürlər ki, "Qazprom" ətrafında cərəyan edən qalmaqal stəkanda olan fırtınadır. Əslində bu, Tiflis, İrəvan və Bakı arasında geosiyasi üçbucağı poza bilər. Bu üçbucağın balansını Eduard Şevernadzevə hətta Mixail Saakaşvili saxlaya bilirdi. Mən Rusiya ilə münasibətlərin normallaşmasını, diplomatik münasibətlərin bərpasını dəstəkləyirəm. Burada məsələ başqadır. Rusiyada yaşayan, 15 təşkilata sahib bir milyon yarım azərbaycanlı qalmaqallı bəyanatla çıxış edir ki, əgər Dövlət Duması "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsi haqqında qanunu qəbul edəcəksə, biz addımbaşı bu qanunu pozacağıq. Bütün Rusiya Azərbaycana qarşı işləyir. Gəlin düz deyək, Azərbaycanın arxasında kim durur - Türkiyə. Türkiyənin arxasında isə NATO. Onların arxasında kim durur? Heç kim..."
42-ciparalel.az-ın məlumatına görə, bu qalmaqallı açıqlamanı Gürcüstan Diplomatik Akademiyasının eksperti, politoloq Soso Çinçadze edib.

Soso Çinçadze - Gürcüstan Diplomatik Akademiyasının eksperti, politoloq.
Regionda böyük oyunun getdiyini deyən politoloq bildirib ki, "Qazprom" şirkəti təbbi qazı Gürcüstana 200 dollara və ya 180 dollara satacaq: "Bu məni narahat etmir. Məni narahat edən Rusiyanın bizim köməyimizlə şimal tərəfdən Ermənistanın təcrid etməsini pozmaq və Gürcüstandan Azərbaycana "soyuq müharibəni" elan etmək istəyidir. Azərbaycan bizə bunu bağışlamayacaq. Çünki Azərbaycan üçün bu prinsipial məsələdir. Orada dəhşətli böhran var, neft və qazın qiyməti düşüb. Onların milli valyutası qiymətdən düşüb. Rusiya Əliyevin Türkiyəyə dəstəyini bağışlamır və bundan Azərbaycana qarşı istifadə edir. Əliyev praktiki olaraq öz bəyanatlarıyla Rusiyaya müharibəni elan edib. Putin qisası götürməyə qərar verib və biz buna cəlb edilmişik... Qaz tələb edənlər nə qədər çox olsa, Bakı üçün daha yaxşıdır", - deyə Çinçadze əlavə edib.

Ekspert Gürcüstanın Rusiya ilə qaz danışıqlarını aparmasına da münasibət bildirib.
"Mən anlamıram, niyə biz tələsirik? İrandan sanksiyalar götürüldü, payızda İrandan qaz almaq mümkün olacaq, belə də nə üçün biz xoşagəlməz hadisələrə qarışırıq?! Bundan başqa, məsələ ondadır ki, "Qazprom" la hansı şərtlərlə müqavilə bağlandığını heç kim bilmir. Mən bizim hüquqşünaslarımızın, "Qazprom"da çalışan hüquqşünasların potensialını bilirəm. Onlar istədiklərini barmağı ətrafında fırladır. "Qazprom" qarşısında, hətta Avropa hüquqşünasları ağlayırlar, indi təsəvvür edin gürcü hüquqşünaslarıyla nə olacaq?", - deyə Soso Çinçadze bildirib.


"Qazprom" - Rusiyanın qaz şirkəti "
"Qazprom"la müqavilədən hansı konkret təhlükələr gözlənilir" sualına Çinçadze belə cavab verib: "Gürcüstan tranzit funksiyanı, strateji müttəfiqini - Azərbaycanı itirəcək. Bizim diplomatik manevr etmə imkanları məhdudlaşacaq. Məsələn, bu gün Rusiya düşünür ki, biz Azərbaycanla tutaşacağıq və azərbaycanlılar da belə düşünürlər. Amma "Qazprom"la müqavilədən sonra bizdə diplomatik manevr etmə üçün imkanlar olmayacaq. Anlamıram, niyə biz bu balansı süni şəkildə pozuruq?!"
Hazırda isə Gücüstanın qaz bazarında ən böyük pay SOCAR-a məxsusdur. Qaz qalmaqalı böyüdüyü bir vaxtda Gürcüstanın baş naziri Azərbaycana, prezident İlham Əliyev isə Gürcüstana müxtəlif vaxtlarda səfər etdi. Həmin vaxtda qaz qalmaqalı səngimişdi.
Amma son bir neçə gün ərzində Gürcüstanın Rusiya və İrandan qaz alması müzakirə mövzusuna çevrilib. Məlumata görə, Gürcüstan hökuməti İranla qaz danışıqları aparır. Gürcü ekspertlər İrandan Gürcüstana qaz nəqlinin real olmadığını irəli sürürlər. Onlar buna səbəb kimi infrastrukturun olmamasını göstərirlər. 


Nəzərdə tutulan İran-Ermənistan-Gürcüstan qaz kəmərinin keçəcəyi ərazilər (qırmızı rənglə işarələnib)
İrandan Gürcüstana qaz nəqli Ermənistanın ərazisindən nəzərdə tutulur. Amma maraqlıdır ki, Ermənistan hakimiyyəti bu barədə heç bir rəy irəli sürmür. Yəqin ki, Ermənistan Rusiyanın təziqi ilə məsələyə münasibət bildirmək istəmir. Çünki İranın Ermənistan ərazisindən Gürcüstana qaz ötürməsi Rusiyanın bazardan çıxması deməkdi.

 
42-ciparalel.az