Rusiya AŞPA-da iştirakdan imtina etdi

{title

İmtinaya səbəb Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalar tətbiq etməsidir.
 
Rusiya nümayəndə heyəti yanvarın 25-də AŞPA-nın Strasburqda keçiriləcək qış sessiyasında iştirak etməyəcək. Bu barədə açıqlamanı Rusiya Dövlət Dumasının komitə sədri və MDBParlament Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutsk yayıb. 
42-ciparalel.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə , hazırda Rusiya Dövlət Duması sessiyada iştirakdan imtina ilə bağlı rəsmi məktub hazırlayır.
"Hazırda Rusiya parlamentinin spikeri tərəfindən imzalanmış məktub AŞPA-nın rəhbəri Anne Brasseurə göndərilir. Məktubda Rusiya tərəfinin yanvar sessiyasında iştirak etməyəcəyi bəyan olunub."


Leonid Slutsk -Rusiya Dövlət Dumasının komitə sədri
Bəyanatda o da bildirilir ki, AŞPA yanvarın 25-də Rusiyaya öz səlahiyyətlərini qaytarsa, vəziyyət dəyişəcək.
"Biz Strasburqa növbəti siyasi hədə-qorxularla üzləşməyə getmək istəmirik. Təşkilatda tamhüquqlu iştirakımız mümkün olduqda, biz AŞPA-ya qayıdacağıq.” -bu barədə RBK-ya Dövlət Duması və Federasiya Şurasındakı mənbədən bildirilir.
Rusiyanın AŞPA-nın qış sessiyasında iştirak etməklə bağlı müzakirələri hələ yanvarın 15-də keçirilib. Rusiya tərəfinin bu addımı atmasına səbəb isə Avropa İttifaqının onlara qarşı sanksiyalar tətbiq etməsidir. 
Bu barədə hələ ötən il Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov açıqlama vermişdir.


Aleksey Puşkov - Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri
 
 
42-ciparalel.az