Hillari Klinton: "Putin çox dikbaş adamdır"

Prezidentliyə namizəd ABŞ və Avropanı Putinə qarşı birləşməyə çağırıb.
42-ciparalel.az məlumatına görə, Klinton bu barədə Demokratlar partiyasından ABŞ prezidentliyinə namizədlərlə debatlar zamanı etiraf edib. Hillari bildirib ki, onun Rusiya prezidenti Vladimir Putinlə danışıqları çətin olub. Prezidentliyə namizəd onu "davakar" kimi xarakterizə edib.
"Əslində, bizim münasibətlərimiz həmişə hörmətə bağlı olub. Baxmayaraq ki, bizim bir-birimiz ilə iş əməkdaşlığımız çətin olub. Mən bilirəm ki, Putin elə adamlardandır ki, həmişə öz bildiyini edir.
Vladimir Putin - Rusiya prezidenti
Danışıqlıqlar zamanı xanım Klinton Rusiya liderini "dikbaş" adlandıraraq, "istədiyini əldə etməyənədək hər şeyi əldən ala biləcək" bir adam kimi təqdim edib.
Bundan başqa, prezidentliyə namizəd ABŞ-ın Avropa ölkələri ilə birlikdə hərəkət etməsinin tərəfdarı olduğunu deyib. O, Krım və Donbasdakı hadisələrlə əlaqədar Rusiyaya qarşıAvropa İttifaqının sanksiyalar irəli sürməsindən sevindiyini bildirib.
Krım Donbas
Hillari Klinton onu da əlavə edib ki, ABŞ və Avropa birlikdə olub Putinin nə Avropa, nə dəYaxın Şərqdə aqressiv mövqe tutmağına icazə verməməliyik.
Əslində, Rusiya prezidenti haqqında xoşgəlməz sözləri ötən il dekabr ayının sonunda da ABŞ prezidentliyinə namizəd Ceb Buş da söyləyib.
"Biz dünyada təsirimizi itiririk, Putin isə onları yığır. O, müttəfiq deyil. O, əsl diktatordur. O, dələduzdur", - deyə siyasətçi bildirib.