"Prezidentlərin görüşü ilin sonunadək baş tuta bilər" - Uorlik

{title

 

 

42-ciparalel.az

"ATƏT-in Minsk Qrupu həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək niyyətindədir”.

 

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanda deyib. O bildirib ki, yüksək səviyyədə görüşün təşkili onun İrəvan və Bakıya səfərinin əsas müzakirə mövzularından olacaq: "Ermənistanda dekabrın əvvəlində referendum keçiriləcək. Ona görə də prezidentlərin qrafiki səbəbi ilə görüş referendumdan sonra, lakin ilin sonuna kimi təşkil edilə bilər”.

 

C. Uorlik qeyd edib ki, buna kimi isə prezidentlərdən aşağı səviyyədə danışıqları intensivləşdirmək lazımdır: "Bu, ya komissiya, ya da işçi qrupu ola bilər. Həmsədrlərin yardım etməyə hazır olduğu xalq diplomatiyası layihələri də çox vacibdir”.