Bakılı oliqarx müstəntiqləri şoka saldı

Manaşirov rus dilini unutduğunu və ona tərcüməçi verilməsini tələb edib.
Rüşvət verilməsində vasitəçilikdə ittiham olunaraq barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən bakılı biznesmen Roman Manaşirovun işində müstəntiqlər qəribə halla qarşılaşıblar.
42-ciparalel.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumatına görə, Manaşirov rus dilini unutduğunu və ona tərcüməçi verilməsini tələb edib:
"Ömrü boyu Rusiyada yaşamağıma baxmayaraq rus dilini unutmuşam. Hazırda mən yalnız dağ yəhudilərinin dilini başa düşürəm və bu dili bilən tərcüməçilər verilməsini tələb edirəm", - deyə bakılı oliqarx bildirib.
Müstəntiqlər oliqarxə yəhudi dilini bilən tərcüməçi ilə təmin ediblər. Lakin bu dəfə də R.Manaşirov tərcüməçini başa düşmədiyini bildirib. Oliqarx bunu onunla əsaslandırıb ki, oAzərbaycanın Quba rayonunda dağ yəhudilərinin istifadə etdiyi xüsusi dialekti bilir.
Tərcüməci isə onu bilmir.

Müstəntiqlər isə onun qəfildən rus dilini unutmasına inanmayıblar. Tərcümə məsələsi ilə bağlı bütün bu problemlərə baxmayaraq bu gün İstintaq Komitəsi, R. Manaşirovun həbsinin uzadılması barədə məhkəmədə vəsadət qaldırıb.
Roman Manaşirov Moskvanın Presnensk Rayon Məhkəməsinin 23 noyabr 2015 tarixli qərarı ilə 2 ay həbs olunub. 
İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib. İstintaqda olduğu ilk iki gün ərzində Manaşirov bir neçə dəfə səhhətinin pis olduğunu bildirərək sağlamlıq vəziyyətinə görə sərbəst buraxılmasını tələb edirdi.
Manaşirovu həbsdən xilas etməyə Dövlət dumasının deputatı İldar Samievin zəmanəti də kömək olmayıb. Parlament üzvü şəxsən İstintaq Komitəsinin binasına gedərək, müstəntiqlərə öz çoxdankı dostunu buraxmağı xahiş edib.
Rafailov haqqında "cinayətkar cəmiyyətin təşkilı" maddəsi ilə cinayət işi qaldırılıb. Onun firmasında yüzlərlə qeyri-leqal miqrant çalışıb. Bundan başqa Rafailovu müstəntiqlər oliqarx Telman İsmayılovun ən yaxın köməkçisi kimi xatırlayırlar. İki milyon rublun verilməsi vaxtı Andrievskiy, Rubaşkin və Manaşirov saxlanılıb.
Dekabr ayının 10-da isə həbs edilən azərbaycanlı milyarder Roman Manaşirovun ailəsinə məxsus evdə axtarış da aparılıb.
Axtarış zamanı onun qardaşı Solomon Manaşirovun evinin antiq əşyalar və bahalı rəsm əsərləri ilə dolu olduğu bəlli olub.
Axtarış aparmaq üçün güc sturukturlarına əlavə kömək lazım olub. Çünki villa xüsusi mühafizə edilən ərazidə yerləşib. Dəbdəbəli üçmərtəbəli kotec mərmər, qızılı tonlarda bəzədilib.
Bundan başqa polislər onun anasının hüququşünaslarla danışığı da ələ keçib. Raisa Manaşirova iddia edib ki, oğlu doğurdan da reketliklə məşğul olub. "Januko Rafailovun atası mənim ərim ilə dostluq edirdi. Bir-birlərinə qonaq gedirdilər. O, həmişə mənə qardaşımın arvadı deyirdi. O, oğlunun nə etdiyini bilsə qəbrində rahat uyuya bilməzdi. Onların ümumi işi var idi. Bəs onlar nə istəyirdilər? Hər şeyin havayı olmasını? Pulsuz vəkil tutmaq olmaz. Roman öz cibindən onların yerinə ödəniş etməli idi?", -deyə onun anası bildirib.

42-ciparalel.az