Azərbaycanlı milyarder erməni məsələsinə görə Narişkinə yazdı: “Vətəndaşlıqdan çıxaram...”

Azərbaycanlı milyarder və ictimai-siyasi xadim Fərhad Əhəmədov Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə məktub yazaraq "erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbuluna imkan verməməyə çağırıb.
Məktubun 42-ciparalel.az saytının redaksiyasına göndərilmiş surətində deyilir ki, əgər bu qanun layihəsi qəbul edilsə Fərhad Əhəmədov Rusiya vətəndaşlığından çıxacaq.

Sergey Narışkin
Xəbər verildiyi kimi "erməni soyqırımı”nın inkarına görə məsuliyyət nəzərdə tutan qanun layihəsi ötən ilin noyabrında Dövlət Dumasına təqdim edilib. Sənədin müəllifi "Ədalətli Rusiya” fraksiyasıdır. Bu günlərdə məlum olub ki, Rusiyadakı azərbaycanlı diasporunun 30-a qədər tanınmış nümayəndəsi Narışkinə məktub göndərərək qanun layihəsinin müzakirəyə çıxarılmasından çəkinməyə çağırıb. Eyni zamanda məlum olub ki, Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının rəhbərləri həmin məktubu imzalayanlara təzyiq göstərib.