Xalq artisti noyabrın 2-dən müalicə aldığı xəstəxanadan evə buraxılıb

42-ciparalel.az
Primadonna açıqlamsında özünü "super" hiss etdiyini deyib. İfaçı xəstəxanadan çıxması münasibəti ilə qurban kəsəcəyini də deyib.
"Bu gün artıq tam ayaq üstəyəm. Qurbanım var, istəsəm 100 baş qoyun kəsəcəm (gülür). Əsas odur hər şey yaxşı olsun. Hər kəsin tutduğu niyyəti qəbul olunsun. Qurbanlar kəsilsin”.
Xalq artisti ona göstərdikləri xidmətə görə, Mərkəzi Neftçilər xəstəxanasının rəhbərliyinə, Leyla Seyidbəyovaya, uroloq Rəşad Şolana və oranın bütün işçi heyətinə minnətdar olduğunu qeyd edib.
İ.Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sənətçi səhhətində yaranan ciddi problemlərə görə, həkimə müraciət edib. "Görünür, bir vaxtlar mənim köməkçim mənə verdiyi çoxlu psixotrop dərmanların təsiridir. Problemlər indi üzə çıxmağa başlayıb".