Rus müğənnisi "Günəşli" neftçilərinə mahnı həsr etdi

42-ciparalel.az
Qazmanov mahnını Bakı səhnəsində ifa edib.
Oleq Qazmanov "Günəşli" platformasınınhəlak olmuş neftçilərə mahnı həsr edib. Mahnı "Ana" adlanır.
Ötən gün Bakıda konsert verən məşhur müğənni və bəstəkar Oleq Qazmanov Bakı və onun əhalisindən razı qaldığını bildirib. Konsert zamanı Oleq "Günəşli" platformasında həlak olan və itkin düşən insanları da yada salıb və onların şərəfinə "Ana" ("Мама") mahnısı ifa edib.
64 yaşlı Rusiyanın xalq artisti Oleq Qazmanov hələ təqaüdə getməyi düşünmədiyini bildirib. O, bundan sonra da bir çox musiqi bəstələyəcəyini deyib.
"Mən Bakıda olmaqdan çox məmnunam. Siz mənim üçün çox doğmasız. Amma dekabrın 4-də baş verən hadisəyə görə, mən də çox təəssüf hissi keçirirəm. Hamınıza səbr diləyirəm", - deyə müğənni bildirib.
Bu sözlərdən sonra Oleq neftçilərə həsr etdiyi "Ana" ("Мама") mahnısını ifa edib.

Oleq Qazmanovun Bakıdakı konsertdən
Konsertin gedişatında Qazmanov öz yeni mahnılarını da ifa edib: "Mən bu həyatda kef etdim" ("Я по жизни загулял"), "Mənim birdənəm" ("Единственная моя")", "Yalnız məni gözlə" ("Только дождись меня"), "Sevimli" ("Ненаглядная"), "Ağ qar" ("Белый снег") və s. Bütün lirik kompozisiyalarını o, zalda əyləşən gözəl xanımlara həsr edərək, Bakı qadınlarının çox gözəl olduğunu vurğulayıb.

Oleq Qazmanovun Bakı konsertindən