Aktyor bank ilə reklam müqaviləsi bağlayıb

42-ciparalel.az
Türkiyənin məşhur aktyoru Burak Özçivit 1.5 milyon dollarlıq reklam müqaviləsi ilə anlaşıb. Azərbaycanda da böyük izləyici kütləsi olan "Qara Sevda" serialının qəhramanı Burak Özçivit şərqin ən iri banklardan biri hesab olunan Milli Dubay Bankının 1,5 milyon dollarlıq təklifini qəbul edib. Burak Özçivit sənədləri imzalamaq üçün bir neçə gündən sonra Dubaya gedəcəyi deyilir. Özçivit 1 illik müqavilə bağlayacaq. Reklam çarxının bütün ərəb dünyasında yayımlanacağı gözlənilir.

"Qara Sevda" serialından foto
Aktyor və model Burak Özçivit "Möhtəşəm yüzyıl”" və "Çalıquşu” serialından sonra məşhurlaşıb. 2003-cü ildə Türkiyənin ən yaxşı modeli seçilib. 2005-ci ildə dünyanın ən yaxşı model müsabiqəsində 2-ci yerə sahib olub.

Burak Özçivitin "Möhtəşəm 100 il" serialından foto
B.Özçivit sevgilisi Fahriyya Evcen ilə Bakıya da gəlib. Cütlük filmlərinin təqdimat mərasiminə qatılıblar.