İlhamə Quliyeva həftə sonu evə buraxılacaq

42-ciparalel.az
Xalq artisti İlhamə Quliyeva həftə sonu xəstəxanadan evə buraxılacaq. Bu barədə sənətkarın özü məlumat verib. O, özünü yaxşı hiss etdiyini bildirib: "Çox yaxşıyam, səhhətim də qaydasına düşür. Həkimlər deyir ki, həftə sonu sizi evinizə buraxacağıq".
İ.Quliyeva onu da əlavə edib ki, xəstəxanada olduğu müddətdə həmkarları onu tək buraxmayıb: "Elə bir gün olmayıb ki, yanıma gəlib, mənimlə maraqlanan olmasın. Hamıya təşəkkürümü bildirirəm".
Xatırladaq ki, İlhamə Quliyeva səhhətinin pisləşməsi ilə əlaqədar noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sənətkarın damarlarında problem yaranıb.
Qeyd edək ki, o, bir müddət bundan əvvəl ürəyindən əməliyyat olunub.