Əfsanəvi müğənnin əşyaları satıldı (FOTO, VİDEO)

42-ciparalel.az
İfaçının gitarası 910 min dollara satılıb.
Əfsanəvi "The Beatles" qrupunun üzvü Con Lennonun gitarası satılıb. Britaniyanın müğənnisi Con Lennonun gitarası "Julien's Auctions” hərracında 910 min dollara (955 min AZN) satılıb.
Bundan əlavə, hərracda Rinqo Starranın nağarası satılıb. Bildirilir ki, nağaranı "Indianapolis Kolts” amerika futbol komandasının sahibi Cim İrsey 2.2 milyon dollara alıb. Hərracda Starranın ailəsinə və onun həyat yoldaşı Barbara Baxa aid olan 800 əşya satılıb. Gəlirlərinin bir hissəsi xeyriyyəçiliyə sərf olunacaq. Bu il Rinqo Starranın 75 yaşı tamam oldu. Əfsanəvi Liverpul dörtlüyünün "Let İt Be” adlı sonuncu albomunun çıxmasından artıq 45 il ötür.
"The Beatles" - Yeterday
Bir müddət əvvəl də Lennonun daha bir "Gibson" adlı gitarası Beverli Hillsdə 2,4 milyon dollara satılıb.

Con Lennona məxsus "Gibson" gitarası
Beatles qrupu Liverpul şəhərindən olan əfsanəvi dördlük Con Lennon, Pol Makkartni , Corc Harrison , Rinqo Stardan ibarət olub. XX əsrin 60-cı illərinin məşhur ingilis rok qrupu Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişib. Ötən əsrin 60-cı illərində görünməmiş populyarlıq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən biri hesab edilir.