Məşhur müğənnin qardaşı 12 yaşlı qızı zorladı

{title

42-ciparalel.az
 

     O, 100 min dollar girov müqabilində azad edilib.

Məşhur müğənni Niki Minajın qardaşı qadın zorakılığı ilə ittiham olunur. Cazibədar müğənninin qardaşı Celani Maraj 12 yaşlı uşağı zorlamaqda ittiham olunur. Bu barədə məlumatı TMZ dərc edib. Qeyd olunur ki, cinayət Nyu Yorkda baş verib. Maraj əvvəl həbs olunub və sonradan 100 min dollar girov müqabilində azad edilib.

Niki Minaj bu il 2 mükafata sahib olub. O, ilin ən yaxşı hip-hop ifaçısı kimi və rep stilində albomuna görə qalib gəlib. Celani Maraj bir müddət əvvəl Caklin Robinson ilə ailə həyatı qurub. İfaçı böyük qardaşının toyundan sosial şəbəkədə şəkillər paylaşıb. 

Niki Minajın "İnstaqram" səhifəsi 


Amerikalı müğənni, reper və bəstəkar əslən Trinad və Tobaqodandır. İfaçının istedadını ilk olaraq məşhur reper Lil Ueyn görüb. O, 2009-ci ildə Niki Minaj ilə müqavilə bağlayıb.