Sərxoş gənc "O səs Türkiyə"ni coşdurdu (VİDEO)

42-ciparalel.az
Yeyib içəndən sonra "Üsyan" oxuyan gənc gecəyə damğa vurdu.
"O Səs Türkiyə” müsabiqəsində Əhməd Parlak adlı yarışmacı gecəyə damğa vurub.
Ötən həftə Ahmet P. restoranda dostlarıyla sərxoş vəziyətində Halil Sezainin "Üsyan” mahnısını oxuyub. Dostları tərəfindən çəkilən video "YouTube” portalına yüklənib.
Əhməd Parlak "O Səs Türkiyə"də
Qısa müddətdə sərxoş Əhmədin ifası sosial şəbəkədə sürətlə yayılıb. Nəticədə o, "O Səs Türkiyə”nin ötən günki buraxılışına dəvət edilib. Gənc ifa etdiyi "Üsyan” adlı mahnını ifa edərək tamaşaçıları və münsiflər heyətini coşdurub.
Əhmət Parlakın sərhoş ifa etdiyi "Üsyan" mahnısı ifa edir.
Ötən gecə "O Səs Türkiyə” verilişində həmyerlimiz İlham Əsgəroğlu da çıxış edib. 45 yaşlı müğənni səhnədə bəstəkar Cahangir Cahangirovun "Ay qız" mahnısını səsləndirib. O, ifasıyla Gökhan və Hakan Özoğuz qardaşlarını döndərə bilib.