Təranə Səmədova: "Yaxşı dostlarla yeyib içmişəm" ( FOTO )

{title

42-ciparalel.az
 

     Prodüser sosial şəbəkədə içkili olduğunu etiraf edib.

Sükan arxasında sərxoş vəziyyətdə saxlanılan tanınmış proddüser Təranə Səmədova sosial şəbəkədə içkili olduğunu etiraf edib. Təranə Səmədova "Facebook” səhifəsində dostları ilə polemikaya girib. 
Prodüserin dostlarından birinin "Təranə xanımın fikirləri maraqlıdır mənim üçün. Görəsən, özünə necə haqq qazandıracaq?” sualı prodüseri özündən çıxardıb. 

O, içkili olduğunu etriaf ederək "Bundan sənə nə? Səndən üzr istəməliyəm? Ya əvvəldən icazə almalı idim?" yazaraq "Facebook” dostunu tənqid edib: 

"Sən mənim nəyimsən ki, mən sənin qarşında özümə haqq qazandırmağa çalışım. Yaxşı dostlarımla oturmuşam, yemişəm-içmişəm, çıxanda gərək ayıq sürücü çağırardım. Çağırmayıb səhv etmişəmsə də, özü yıxılan ağlamaz. Sağ olsun məni tanıyıb mənə hörmət qoyan dostlarım, elə onlar da yoluna qoyulmasında köməklik etdilər. Bundan sənə nə? Səndən üzr istəməliyəm? Ya əvvəldən icazə almalı idim?" 

Prodüserin köməyinə meyxana deyən Pərviz Bülbülə gəlib. 

Təranə Səmədovanın "Facebok" hesabı 

Sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılan prodüser Təranə Səmədova son müsahibələrində sərxoş olduğunu inkar etmişdi.

Təranə Səmədova Bakıda şənbə günü sükan arxasına içkili vəziyyətdə əyləşdiyi və yol qaydalarına riayət etmədiyinə görə yol polisi tərəfindən saxlanılıb.