Məşhur aktyor həyatının ən çətin dövründən danışdı

{title

42-ciparalel.az
 
    Həkimlər bizə Lili-Rouzun ölə biləcəyini demişdilər
Məşhur Hollivud aktyoru Conni Depp həyatının ən çətin dövründən danışıb. 

Aktyor qızının 8 il əvvəl ölüm və həyat arasında olduğunu etiraf edib. Conni Deppin sözlərinə görə, 2007-ci ildə 7 yaşlı qızı Lili-Rouz kəskin böyrək çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib. Həkimlər Conni Depp və onun hazırda keçmiş həyat yoldaşı olan Vanessa Paradiyə qızlarının ölə biləcəyini demişdilər. "Onun xəstəxanada olduğu zaman həyatımın ən dəhşətli dövri idi. Mən qabaqlarda xəstəxanada insanlara baş çəkirdim, amma indi buna tam başqa cür yanaşıram” – deyə Hollivud aktyoru etiraf edib. 

Conni Depp həqiqətən vaxt aşırı Sərçə Cek libasını geyinərək xəstəxanalarda uşaqlara baş çəkir.

Conni Depp uşaq xəstəxanasında 


Aktyorun qızı Lili Rouz Depp hazırda 16 yaşının içindədir. Bu yaxınlarda məhşur valideynlərin qızı "Chanel"in üzü olub: gənc qız şirkətin yeni eynək kolleksiyasının reklamında çəkilib. 

Şəkillərin müəllifi məşhur fotoqraf Karl Lagerfeld olub. 

Lili-Rouz - Conni Depp və Vanessa Paradinin qızı

Hollivud aktyoru Conni Depp və fransız aktrisa Vanessa Paradi 14 illik evlilikdən sonra 2012-ci ildə boşanıblar. Cütlüyün Lili-Rouzdan başqa 13 yaşlı oğlu Cek Kristofer var. 

Deppin və Paradinin ayrılığına səbəb aktyorun 2011-ci ildə "Rom gündəliyi" filmindəki aktrisa Ember Herdlə yaranan romantik münasibətləri olub. 2014-cü ilin yanvarında Depp xanıma evlilik təklif edib, 2015-ci ilin fevralın 3-də isə cütlük münasibətlərini rəsmiləşdirib.

Conni Depp və Vanessa Paradi 

Conni Depp və Ember Herd