Milyonların istəkli qadının əri ateist olmasının səbəbini dedi (FOTO)

42-ciparalel.az
Aktyor buna görə atasını günahlandırır.
Aktyor bu dünyada ancaq özünə güvəndiyini və dindən imtina etdiyini deyib.
Bred Pitin sözlərinə görə, ateist olmasının ən əsas səbəblərindən biri onun ciddi kilsə tərbiyəsi alması ilə əlaqəlidir. Dindən imtina etməsinin ikinci səbəbi isə ulduz aktyorun atası olub.
Aktyor atasının xarakterində xeyirxah tərəflərinin də olduğunu deyib. Lakin o, atasının tərbiyə üslubu çox qəddarcasına olduğunu deyib.
"Mən oğullarıma qarşı bir az ciddiyəm, qızlarım isə onsuz da pis heç nə etmirlər. Hiss edirəm, işim ondan ibarətdir ki, uşaqlarıma dünyanın ətrafında nə baş verdiyini başa salmaq və onların nə iləsə məşğul olmaq istədiklərinə kömək etməkdir. Bir neçə versiya qoyuram onların qarşısına. Lakin hədlərini aşanda o versiyaları geri götürürəm və başa salıram ki onlar kimdilər”, deyə aktyor övladlarından bəhs edib.

Bred Prit ilə Ancelina Colinin övladları
6 uşaq atası olan aktyor valideyninin səhvini təkrar etməməyə çalışdığını qeyd edib.
Həyat yoldaşından fərqli olaraq seksual aktrisa Ancelina Coli dəfələrlə tanrıya inandığını deyib. O, hesab edir ki, tanrı insanlara kömək edir, ona görə də heç nədən qorxmaq lazım deyil.
Lakin məşhur cütlüyün fərqli baxışları ailədə tərəflər arasında münaqişə yaratmır. Onlar məşhurların nümunəvi ailə obrazına çevirilibıər.
Cütlük "Mavi Sahil" filminin prodüserləridir. Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina övladlığa götürüb.

Kira Naytli
Bred Pitt kimi bir neçə məşhurlar da Allaha inanmırlar. Kira Naytli, Morqan Friman kimi tanınmış aktyorlar ateist olduğunu etiraf ediblər.