Silvestr Stallone qızlarını üzə çıxardı ( FOTO )

{title

42-ciparalel.az
 

    Dünya şöhrətli aktyorun qızları gözəllikləri ilə heyran ediblər.

Dünya ulduzu, "Rembo" kimi tanınan Silvestr Stallone qızlarını üzə çıxarıb. dünya şöhrətli aktyor ailəsi ilə birlikdə film təqdimatına qatılıb. Burada onu üç qızı və həyat yoldaşı müşayiət edib. 

Aktyorun yeni filmi "Kreed" adlanır. Onun qala gecəsi Kaliforniyada baş tutub. Stallonenin qızları Sistin Ros, Sofia Ros və Skarlet Ros bütün diqqətləri üzərlərinə toplaya biliblər. 
69 yaşlı aktyor həm qızları, həm də rol yoldaşları ilə uzun müddət kameraların qarşısında dayanıb. 

Aktyorun birinci varisi 19 yaşlı Sofiyadır. O gecəyə qara mini sadə geyimdə qatılıb. 17 yaşlı Sisten də bənzər, lakin ağ geyimdə olub. Sisten model biznesi ilə məşğul olmaq niyyətindədir. O artıq bu sahədə ilk addımlarını da atır. Ailənin sonbeşiyinin 13 yaşı var. Skarlet də atasının rolunu davam etdirmək niyyətindədir. 


Aktyorun 18 ildir evli olduğu həyat yoldaşı da illərə meydan oxuyub. Keçmiş model olan 47 yaşlı Cennifer Flavin cazibədar görüntüsü ilə diqqət çəkə bilib. 

Ryan Kooglerin ssenarist və rejissoru olduğu "Creed" Staloneni məşhurlaşdıran "Roki" filmlərinin davamıdır. 
Bu dəfə Roki Apollo Kredin nəvəsini peşəkar boksçu kimi hazırlayır.