Sarışın gözəl 13 illik xəstəlikdən canını qurtardı

{title

42-ciparalel.az
 
Məşhur aktrisa ağır xəstəlikdən qurtuldu. 
13 ildir hepatit C xəstəliyindən əziyyət çəkən Pamela Anderson "İnstaqram” hesabında nəhayət sağaldığını bildirib. 

Xoş xəbəri alan aktrisa açıq-saçıq şəkilillərini sosial şəbəkədə paylaşaraq xəstə olan izləyicilərinə şəfa diləyib. "Mən sağlamam! Bu dəqiqə xəbərim oldu. Dua edirəm ki, kim Hepatit C xəstəliyindən əziyyət çəkirsə sağalsın". 

Kanada əsilli amerikalı aktrisa Pamela Anderson 1989-ci ildə "Playboy" jurnalında karyerasına başlayıb. O, bir neçə məşhur jurnalın üz qabığını bəzəyib. Model və aktrisa seriallarda və filmlərdə çəkilib. Ən məşhur rolu isə "Malibu xilasediciləri" serialında baş qəhrəmanlardan biridir. Amerikanın seks simvolu hesab olunur. 3 dəfə evli olub, 2 övladı var.