Aynişan "O səs Türkiyə"də Murad Bozla duet oxudu - ( VİDEO )

{title

42-ciparalel.az

 

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva "O səs Türkiyə” yarışmasında səhnə alıb. Aynişan müsabiqədə "Gəl ey səhər” adlı Azərbaycan mahnısını oxuyub. O, ifası ilə bütün münsiflərin rəğbətini qazanıb. Əməkdar artistin qızı daha sonra tanınmış müğənni Murad Bozla "Gəl ey səhər” adlı bəstəni ifa edib. 

 

A.Quliyeva 4 münsif arasından Murad Bozu seçib. 

 

Xatırladaq ki, "O səs Türkiyə”nin münsif kürsüsündə Ebru Gündeş, Hadisə, M.Boz, Gökhan və Hakan Özoğuz yer alıb. 

 

Qeyd edək ki, A.Quliyeva hazırda Türkiyədə təhsil alır.