Rafael Dadaşov: Qızım özü bilər

{title

42-ciparalel.az

Xalq artisti Rafeal Dadaşov qızı Səidə Dadaşovanın ailə qalmaqalına münasibət bildirib. Xalq artisti bildirib ki, qızının ailəsi ilə bağlı açıqlama vermək hüququna malik deyil: "Mən qızımın şəxsi həyatı barədə heç nə deyə bilmərəm. Qızım özü bilər. Onun işinə qarışa bilmərəm. Özləri problemlərini həll edirlər. Mən yox”.

 

S.Dadaşova açıqlamasında bilirmişdi ki, ikinci dəfə ərə gedib və uşaq dünyaya gətirib. Bu gün isə S.Dadaşovanın ailə qurduğu Məhəmməd adlı bəyin birinci həyat yoldaşı Aysel adlı xanım big.az-a açıqlama verərək bildirib ki, müğənni onun ailəsini dağıdıb: "Məhəmməd Səidənin sürücüsü işləyirdi. Ürəyiniz nə vaxt istəsə, mən sizə nikah kağızımı, ailə fotolarımı yollayım. Lap Məhəmmədin öz bacılarını, kimi istəyirsiniz gətirim, özünüz soruşun. Nikahlı həyat yoldaşımdan uşaq peydahlayıb. Mənim yoldaşımın əvvəllər Səidə xanımla əlaqəsi olub. Səidə yüngül həyat tərzi sürən qadındı. Mənim səviyyəmə yaraşmaz onun haqqında danışım. Səidə mənə dedi ki, Məhəmməd mənim qardaşımdı, ürəyinə heç nə pis şey gəlməsin. Dedi ki, heç insan da öz qardaşına tamah salarmı?! Səidə bu sözləri mənə üzbəüz deyib. Qadın da evli adamdan uşaq həyata gətirər?! Düzdür onlar üçün evli adamla əlaqə yaratmaq adi bir şeydi, amma mənə qəribə gəlir”.