ABŞ kesfiyyati Madonna haqqinda arasdirmaya basladi

{title

ABŞ xüsusi xidmət orqanları məşhur müğənni Madonna haqqında araşdırmalara başlayıb.
42-CiParalel.Az xəbər verir ki, bu barədə gizli xidmətin adı açıqlanmayan sözçüsü məlumat yayıb.
Sözçü bildirib ki, buna səbəb müğənninin Ağ Evi partlatmaq istəyi ilə bağlı söylədiyi fikirlərdir.
O, məsələ ilə bağlı son qərarın prokurorluq tərəfindən veriləcəyini bildirib.
Qeyd edək ki, Madonna bir müddət əvvəl prezident Donald Tramp əleyhinə təşkil edilən qadınların yürüşündə çıxışı zamanı Ağ Evi partlatmaq xəyalına düşdüyünü bildirmişdi.
Bundan əlavə, müğənni canlı yayımda Trampın ünvanına da təhqirlər yağdırmışdı